Avropada ən ucuz spirtli içki bu ölkələrdə satılır –Ən çox və ən az içki içilən ölkələr hansılardır? (ADLAR)

Avropa statistika agentliyinin məlumatına əsasən, (Avrostat), Avropada ən ucuz spirtli içki Macarıstanda, qiyməti Avropa İttifaqının (Aİ) orta qiymətindən 27,3 faiz aşağı, Rumıniyada 26,2 faiz aşağı və Bolqarıstanda 19,5 faiz aşağı qeydə alınıb.

Spirtli içkilərin ən yüksək qiymətləri Norveçdə qeydə alınıb. Burada qiymət Aİ-də orta rəqəmdən 151,2 faiz çoxdur. Sonrakı yerlərdə İslandiya 139,4 faiz və Finlandiya 92,7 faiz çox göstərici ilə yerləşir. Agentliyin məlumatına əsasən, 2019-cu ildə Aİ-də spirtli içkilərin qəbulu göstəricisinə görə Danimarka (yetkin əhalinin 38 faizi ayda ən azı bir dəfə 60 qramdan çox təmiz etanol içib), Rumıniya və Lüksemburq ön yerlərdə yerləşib. Avropa İttifaqının yetkinlik yaşına çatmış 37,2 faizi gündəlik və ya ən azı həftədə bir dəfə spirtli içki qəbul edir.

Hər gün spirtli içki ən çox Portuqaliya, İspaniya və İtaliyada, daha az Latviya və Litvada qəbul olunur. Məlumata görə, Avropa İttifaqında gündəlik spirtli içki qəbul edənlər əsasən 74 yaşından yuxarı insanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

35 nəfər etnik qazax Əfqanıstandan tarixi vətənləri Qazaxstana gətirilib

Sonrakı məqalə

YAP İdarə Heyəti Ramiz Göyüşovun partiyadan çıxarılması ilə bağlı toplaşacaq