İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin olundu

Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən qəbul olunub.

Sənədə əsasən, Osman Xaliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə rəhbərlik edəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.