Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

3I/ATLAS trayektoriyası dəyişib

Orkhan Ali 27 Noyabr 2025 - 08:28 (Last updated: 27 Noyabr 2025 - 08:28)
6471b9cdc28881d955db57cb98ede762

Günəş sisteminə yüksək sürətlə daxil olan nadir 3I/ATLAS kometasının yaxın aylarda hərəkət istiqaməti dəyişəcək. AzPost xəbər verir ki, araşdırma aparan beynəlxalq mütəxəssislər obyektin hərəkətini yüzlərlə fərqli ssenari üzrə modelləşdirərək bu qənaətə gəliblər.

Aparılan hesablamalara görə, 58 kilometr/saniyə sürətlə hərəkət edən və artıq 2025-ci ilin oktyabrında Günəşə ən yaxın nöqtədən keçmiş kometa əvvəlcə Marsın yanından təhlükəsiz məsafədən ötüb. Planetlə aralarındakı məsafə 0,194 astronomik vahid olub və bu görüş hərəkətinə ciddi təsir göstərməyib.

Əsas dəyişiklik isə 2026-cı ilin martında baş verəcək. Hesablamalar göstərir ki, kometa həmin vaxt Yupiterə 0,357 astronomik vahid məsafəyə qədər yaxınlaşacaq. Bu məsafə nəhəng planetin Hill radiusu ilə faktiki olaraq üst-üstə düşür. Elm adamları bildirirlər ki, Yupiterin güclü cazibə qüvvəsi kometanın Sonrakı hərəkət yolunu ciddi şəkildə dəyişdirməyə qadirdir.

Mütəxəssislər 3I/ATLAS kometasının 100 il əvvəlki və 100 il sonrakı mümkün trayektoriyalarını araşdırmaq üçün 500 fərqli modeldən istifadə ediblər. Nəticələrə görə, kometa Günəş sisteminə “Oxatan” bürcü istiqamətindən daxil olub və Yupiterlə qarşılaşmadan sonra “Əkizlər” bürcü istiqamətində sistemi tərk edəcək.

Tədqiqat həmçinin kometanın mümkün mənşəyinə dair ehtimalları da gücləndirib. Alimlərin gəldiyi qənaətə görə, 3I/ATLAS qalaktikanın incə və qalın disk bölgələrinin sərhədində formalaşıb. Bu səbəbdən onun ilkin ulduz sistemini müəyyənləşdirmək xeyli çətinləşir.

Hesablamalarda kometanın özündən ayrılan buxarların yaratdığı əlavə itələmə qüvvələrinin də təsiri nəzərə alınıb. Araşdırma göstərib ki, təqribən 10⁻⁵–10⁻⁶ astronomik vahid/gün² səviyyəsində olan bu cür qüvvələr trayektoriyaya nəzərəçarpan dəyişikliklər edir, daha zəif təsirlər isə ciddi rol oynamır.

AzPost.az

Post navigation

Previous: Yeni başçı təyin olunan icra hakimiyyətində 8 boş vəzifə var
Next: “Azercell” nömrələrinin işində çətinliklər yaranacaq

Oxşar xəbərlər

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.