Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

4 metrlik köpəkbalığı şəhər kanalında qaldı

User 30 Sentyabr 2026 - 08:53 (Last updated: 30 Sentyabr 2026 - 08:49)
akula

Cənubi Koreyanın Pusan şəhərində dar şəhər kanalında peyda olan 3,5 metrlik köpəkbalığı gözlənilmədən yerli turistik məkana çevrilib.

Bu barədə The Guardian yazır.

On gün ərzində köpəkbalığını görmək üçün əraziyə təxminən 600 min insan gəlib.

Köpəkbalığı ilk dəfə sentyabrın 18-də North Port Waterfront Park yaxınlığındakı su kanalında müşahidə olunub. Heyvana Pusanın Şimal limanının adından götürülmüş “Bukan-i” ləqəbi verilib.

Mütəxəssislər bunun bürünc köpəkbalığı olduğunu düşünürlər. Ehtimala görə, heyvan ovunun ardınca dənizdən kanala girib, lakin sonradan geri qayıda bilməyib.

Həmin gün sahil mühafizəsi köpəkbalığını dənizə qaytarmağa çalışıb. Lakin alimlərin tövsiyəsindən sonra altı saatlıq əməliyyat dayandırılıb. Mütəxəssislər xəbərdarlıq ediblər ki, heyvanı zorla çıxarmağa cəhd onun xəsarət almasına və ya aqressivləşməsinə səbəb ola bilər.

Çərşənbə axşamı xilasedicilər yeni cəhd ediblər. Qayıqlar köpəkbalığının arxasından su şırnaqları vuraraq onu kanalın çıxışına doğru hərəkət etdirməyə çalışıblar. Bu üsul 2004-cü ildə ABŞ-ın Massaçusets ştatı sahillərində dayaz suda qalan böyük ağ köpəkbalığının xilas edilməsində də tətbiq edilmişdi.

Lakin ilk cəhd uğursuz olub: köpəkbalığı qayıqların yanından keçərək yenidən kanalın içərisinə qayıdıb. Daha sonra əməliyyat yenidən dayandırılıb, çünki heyvan su hövzəsini tərk etmək istəməyib.

Cənubi Koreyanın Milli Balıqçılıq Elmləri İnstitutu bildirib ki, köpəkbalığının vəziyyəti sabit olaraq qalır. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, kanalda onun normal hərəkət etmək və qida tapmaq imkanları məhduddur. Buna görə də burada uzun müddət qalması heyvanın zəifləməsinə səbəb ola bilər.

Bu arada köpəkbalığı Pusanda əsl məşhura çevrilib. 19–28 sentyabr tarixlərində Şimal limanının yaxınlığındakı parkı 607 min nəfər ziyarət edib. Adi bayram günlərində isə həmin park gündə təxminən 2 min ziyarətçi qəbul edir.

Pusan meri Çon Çje Su da köpəkbalığının pərəstişkarlarından birinə çevrilib. Onun sözlərinə görə, heyvan hər 5–10 dəqiqədən bir suyun üzünə çıxır və əsl “ulduz xarizmasına” malikdir.

https://www.youtube.com/shorts/4NlXOeMTgiA

AzPost.az

Post navigation

Previous: 41 il həbsdə qaldı:
Next: Misirdə 1700 illik məzar tapıldı

Oxşar xəbərlər

milyarder saqlam heyat
  • Maraqlı

100 il yaşamaq istəyən milyarderlər nələr edir? -15 min dollarlıq iynələr, süni intellekt və gen təcrübələri

User 14 Noyabr 2026 - 09:30
sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
varli esas
  • Maraqlı

Sabit işi olmayanlar necə varlana bilər? – Maliyyə azadlığına aparan 4 addım

User 13 Noyabr 2026 - 19:14

xƏBƏR

der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
Avropa İttifaqı süni intellektin inkişafı üçün 500 milyard avro investisiya cəlb etməlidir. Bu vəsaitə qabaqcıl süni intellekt...
Read more about Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10
Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli erzaq
  • Sosial

Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli

User 14 Noyabr 2026 - 10:51
Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib tecili yardim
  • Sosial

Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

User 14 Noyabr 2026 - 10:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.