40 rayonda sosial yardımın verilməsi ilə bağlı yoxlamalar başlanıb –

Nazirdən açıqlama
10 Noyabr 2021 - 14:33

“Azərbaycanda 40-dan çox rayon üzrə (ölkədə 80 civarında rayon var) ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlamalar aparılacaq. Artıq 16 rayon üzrə bu yoxlanmalar başlanıb”.

Bu barədə noyabrın 10-da Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Nazir qeyd edib ki, cari ilin 10 ayında Azərbaycanda orta pensiya 331 manat olub, növbəti ildə bu məbləğ 345 manata çatdırılacaq. Onun sözlərinə görə, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.