40 rayonda sosial yardımın verilməsi ilə bağlı yoxlamalar başlanıb –Nazirdən açıqlama

“Azərbaycanda 40-dan çox rayon üzrə (ölkədə 80 civarında rayon var) ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlamalar aparılacaq. Artıq 16 rayon üzrə bu yoxlanmalar başlanıb”.

Bu barədə noyabrın 10-da Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Nazir qeyd edib ki, cari ilin 10 ayında Azərbaycanda orta pensiya 331 manat olub, növbəti ildə bu məbləğ 345 manata çatdırılacaq. Onun sözlərinə görə, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məşğulluq Agentliyi ilə Statistika Komitəsinin rəqəmləri uzlaşmır” –

Sonrakı məqalə

“Dövlət müəsissələrinin özəlləşdirilməsi ilə bağlı işlər gedir” –