Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

43 il əvvəl 13 yaşında Tibb İnstitutuna qəbul olunmuşdu –

User 29 İyul 2026 - 11:37
Студент Константин Славин

Студент Константин Славин

1983-cü ildə Azərbaycanda ən çox müzakirə olunan hadisələrdən biri cəmi 13 yaşlı Konstantin (Kostya) Slavinin Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunması idi. O dövrdə məktəb yaşında olan bir uşağın ali məktəb tələbəsi olması ölkədə böyük rezonans doğurmuşdu.

Azpost.info xatırladır ki, sonradan dünya şöhrətli neyrocərraha çevrilən Konstantin Slavin 1970-ci il avqustun 20-də Bakıda anadan olub. Ana tərəfdən azərbaycanlı köklərə malik olan Slavin sovet təhsil sistemi dövründə cəmi beş yaşında məktəbə başlayıb və qeyri-adi istedadı sayəsində 13 yaşında Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi adını qazanıb.

O, ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra 1988–1992-ci illərdə Moskvada neyrocərrahiyyə üzrə rezidentura keçib. Daha sonra 1994–1995-ci illərdə ABŞ-da ümumi cərrahiyyə sahəsində ixtisasını artırıb.

10 mindən çox mürəkkəb əməliyyat keçirib

Bu gün Konstantin Slavin ABŞ-ın nüfuzlu tibb alimlərindən biri hesab olunur. O, İllinoys Universitetinin professoru, tanınmış neyrocərrah və uzun illər beynəlxalq elmi təşkilatlarda rəhbər vəzifələrdə çalışmış mütəxəssisdir.

Karyerası ərzində 10 mindən çox mürəkkəb neyrocərrahiyyə əməliyyatı həyata keçirən Slavin 400-dən artıq elmi məqalə və nəşrin müəllifidir. Onun adına dörd patent də qeydə alınıb.

“Heydər Əliyevin mənim həyatımda xüsusi rolu olub”

Konstantin Slavin müxtəlif müsahibələrində bildirib ki, 13 yaşında ali məktəbə qəbul olunması zamanı yaşının az olması səbəbindən müəyyən tərəddüdlər yaranıb. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan rəhbəri olan Heydər Əliyevin bu məsələdə xüsusi rolu olub.

Slavin xatırlayıb ki, Heydər Əliyevlə ilk dəfə məktəbli ikən, ikinci dəfə isə artıq Tibb İnstitutunun tələbəsi kimi görüşüb və bu görüşlər onun yaddaşında dərin iz buraxıb.

“Bakı mənim evimdir”

Uzun illərdir ABŞ-da yaşayan Konstantin Slavin doğma şəhəri Bakı ilə əlaqələrini qoruyub saxlayır. O, il ərzində bir neçə dəfə Azərbaycana gəlir. Məşhur neyrocərrah bildirib: “Valideynlərim, dostlarım və qohumlarım hələ də Bakıda yaşayırlar. Mən bakılı olduğum üçün fəxr edirəm. Bakı mənim evim, doğma şəhərimdir. Mən Azərbaycan vətəndaşı və vətənpərvər olaraq qalıram.”

Slavin həmçinin vurğulayıb ki, valideynləri onu heç vaxt “möcüzə uşaq” kimi böyütməyiblər. “Anam və atam heç vaxt təhsilimlə bağlı məni bütə çevirməyiblər. Məni adi bir uşaq kimi böyüdüblər.”

Elmi fəaliyyəti davam edir

Konstantin Slavin hazırda da aktiv elmi və tibbi fəaliyyətini davam etdirir. O, ABŞ, Avropa, Asiya, Latın Amerikası və Avstraliyanın aparıcı universitet və klinikalarında mühazirələr oxuyur, beynəlxalq neyrocərrahiyyə konfranslarında çıxış edir.

Onun iki övladı var. Oğlu San-Fransiskoda, qızı isə Vaşinqtonda yaşayır. Hər ikisi fərqli peşə seçsə də, Konstantin Slavin tibb sahəsində qazandığı uğurlarla həm doğulduğu Bakı şəhərinin, həm də dünya neyrocərrahiyyəsinin tanınmış simalarından biri olaraq qalır.

X.SƏFƏRLİ

AzPost.az

Post navigation

Previous: İran Ukrayna limanlarına cavab zərbəsi endirməkdən imtina edib
Next: “Hədəfimiz süni intellektin qiymətləndirmə sektoruna inteqrasiyasıdır” –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq...
Read more about Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.