45 il əvvəl bazarda itən uşaq ailəsini tapıb –

FOTO
17 Noyabr 2021 - 08:41

ABŞ-da Vermont şəhərində yaşayan Denis Makkarti ailəsi onu itirdikdən 45 il sonra Cənubi Koreyadakı bioloji ailəsinə qovuşub.

Bildirilir ki, 47 yaşlı qadın bütün həyatı boyu onu uşaq ikən atdıqlarını düşünüb. Lakin məlum olub ki, o, bazarda insanların arasında itib, həmin vaxtdan bəri bioloji ailəsi onu tapmaq cəhdindən əl çəkməyib. Denis isə hüquq mühafizə orqanları tərəfindən tapıldıqdan sonra uşaq evinə aparılıb, oradan da ABŞ-dan olan bir ailə onu övladlığa götürüb.

2016-cı ildə Cənubi Koreyaya səfəri zamanı o, DNT testindən keçib. Bunun sayəsində bir il əvvəl bioloji ailəsi ilə əlaqə qura bilib: qadın qohumları, o cümlədən anası, əkiz bacısı və böyük qardaşı ilə videokonfrans keçirib. Bu il isə o, qohumları ilə şəxsən görüşmək üçün onların ölkəsinə gedib.