Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məleykə Abbaszadə BDU-da ilk addımlarını açıqladı – Nələr dəyişəcək?

User 20 Noyabr 2026 - 10:16
meleyke

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə təyinatından sonra ilk açıqlamasını yayıb.

O, sosial şəbəkə hesabında paylaşdığı statusda göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və bu təyinatı özü üçün böyük şərəf adlandırıb.

Məleykə Abbaszadə bildirib ki, dünən Dövlət İmtahan Mərkəzində (DİM) doğma kollektivi ilə sağollaşıb. O, qurumda çalışdığı illəri xatırlayaraq imtahan sisteminin yaradılması və inkişafı prosesində komanda ilə birlikdə ciddi əmək sərf etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, 1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırılması həmin dövr üçün həm yenilik, həm də çətin iş olub. Əsas məqsəd ölkənin hansı bölgəsində yaşamasından asılı olmayaraq, hər kəsin imtahan qaydaları barədə aydın məlumat əldə etməsi və nəticələrə etibar edə bilməsi idi.

Yeni vəzifəsi ilə bağlı danışan Abbaszadə böyük vədlərlə çıxış etmək istəmədiyini bildirib. İlk mərhələdə universitetdə mövcud vəziyyətin dərindən öyrənilməsini, kollektivlə açıq və peşəkar dialoqun qurulmasını, tələbələrin fikirlərinə diqqətlə yanaşılmasını vacib saydığını qeyd edib.

Yeni rektor universitetdə əldə edilmiş nailiyyətlərin qorunaraq inkişaf etdirilməli olduğunu vurğulayıb. Onun fikrincə, müasir universitet elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri müstəqil qərarlar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.

Məleykə Abbaszadə tələbələrin universitetdə suallarını sərbəst verməsini, fikirlərini açıq ifadə etməsini və gələcəkləri barədə müstəqil qərarlar qəbul etməsini istədiyini bildirib.

AzPost.az

Post navigation

Previous: Media üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – Natiq Məmmədli

Oxşar xəbərlər

hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57

xƏBƏR

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-da ilk addımlarını açıqladı – Nələr dəyişəcək?

User 20 Noyabr 2026 - 10:16
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə təyinatından sonra ilk açıqlamasını yayıb. O, sosial şəbəkə hesabında...
Read more about Məleykə Abbaszadə BDU-da ilk addımlarını açıqladı – Nələr dəyişəcək?
Media üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – Natiq Məmmədli natiq memmeli
  • Media

Media üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – Natiq Məmmədli

User 20 Noyabr 2026 - 10:11
Səhər yeməyi üçün 4 vacib qayda – Nələri yemək lazımdır? seher yemeyi
  • Maraqlı

Səhər yeməyi üçün 4 vacib qayda – Nələri yemək lazımdır?

User 20 Noyabr 2026 - 10:07
“Ukraynaya ayrılan pulları özünüzə xərcləyin” – Trampdan Avropaya çağırış tramp f
  • Dünya

“Ukraynaya ayrılan pulları özünüzə xərcləyin” – Trampdan Avropaya çağırış

User 20 Noyabr 2026 - 09:57
Uşaqların boyunun uzanması üçün nə yemək lazımdır? korpe
  • Maraqlı

Uşaqların boyunun uzanması üçün nə yemək lazımdır?

User 20 Noyabr 2026 - 09:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.