450 nəfərlik yas mərasimi keçirən “Xəmsə”nin sahibi 5 min manat cərimələndi –Bakı şəhər Baş Polis İdarəsi

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan yas mərasimi təşkil olunub.  

Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Nizami RPİ və 24-cü Polis Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 17-də rayonun Naxçıvanski küçəsində keçirilən 40 mərasiminin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbir görülüb.  

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Qeyd edək ki, iyunun 8-də 450 nəfərin iştirakı ilə “Xəmsə” restoranında təşkil olunun mərhumun 3 mərasiminin qarşısı polis tərəfindən alınaraq, mərasimin təşkilatçısı, mərhumun qardaşı, restoranın sahibi M.Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 5000 manat cərimə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin binasına daxil olan təxribatçıların Rauf Xələfovla əlaqələndirilməsi absurddur –

Sonrakı məqalə

“Münaqişənin həllində danışıqların alternativi yoxdur” –