“5 ildən sonra sülhməramlıların Qarabağda qalma müddətinə dair qərar veriləcək”-

General Rüstəm Muradov danışdı
09 Sentyabr 2021 - 20:15

Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının sabiq komandanı, general Rüstəm Muradov regiondakı kontingentin işini müsbət qiymətləndirib. 

Azpost.info TASS-a istinadən bildirir ki, Muradov bu barədə Mahaçqalada keçirilən vətənpərvərlik aksiyasının iştirakçıları ilə görüşü zamanı deyib.

“Sülhməramlı missiyanın fəaliyyətini müsbət qiymətləndirirəm. Qiyməti bizə dinc əhali verir. Bu gün Qarabağda həyat öz axarı ilə gedir. Əlbəttə, mürəkkəb məsələlər var. Amma proses gedir. Fikirmcə, hər şey normal olacaq”-deyə o vurğulayıb.

Muradov bildirib ki, rus sülhməramlıları Dağıq Qarabağ ərazisində beş il ərzində qalacaqlar: “Birinci 5 il üç dövlət başçısının imzaladığı saziş əsasında nəzərdə tutulub. Ondan sonra Rusiya sülhməramlı kontingentinin qalma müddətinin daha da uzadılmasına dair qərar veriləcək“-deyə Muradov TASS-a bildirib.