“5 ildən sonra sülhməramlıların Qarabağda qalma müddətinə dair qərar veriləcək”-General Rüstəm Muradov danışdı

Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının sabiq komandanı, general Rüstəm Muradov regiondakı kontingentin işini müsbət qiymətləndirib. 

Azpost.info TASS-a istinadən bildirir ki, Muradov bu barədə Mahaçqalada keçirilən vətənpərvərlik aksiyasının iştirakçıları ilə görüşü zamanı deyib.

“Sülhməramlı missiyanın fəaliyyətini müsbət qiymətləndirirəm. Qiyməti bizə dinc əhali verir. Bu gün Qarabağda həyat öz axarı ilə gedir. Əlbəttə, mürəkkəb məsələlər var. Amma proses gedir. Fikirmcə, hər şey normal olacaq”-deyə o vurğulayıb.

Muradov bildirib ki, rus sülhməramlıları Dağıq Qarabağ ərazisində beş il ərzində qalacaqlar: “Birinci 5 il üç dövlət başçısının imzaladığı saziş əsasında nəzərdə tutulub. Ondan sonra Rusiya sülhməramlı kontingentinin qalma müddətinin daha da uzadılmasına dair qərar veriləcək“-deyə Muradov TASS-a bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Administrasiyasında 45 siyasi partiya rəhbəri ilə görüş keçirilib

Sonrakı məqalə

Əfqanıstnda kişi ailəsini aclıqdan xilas etmək üçün 4 yaşlı qızını satıb