50-dən yuxarı bal toplayan şagird 150 ballıq ixtisaslara sənəd verə bilər –MƏLEYKƏ ABBASZADƏ

XI sinif buraxılış imtahanlarında şagird hansı balı toplayırsa fərqi yoxdur. İkinci mərhələdə şagird iştirak edirsə, 100, 150, yaxud 200 bal toplayırsa, o, müsabiqəyə qatıla bilər. Təbii ki, 50 baldan yuxarı nəticə göstərən hər bir şagirdin 150 ballıq ixtisaslara sənəd vermək şansı var.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda söyləyib.

“Bu il məzunların sayı 12 min nəfər daha çoxdur. Builki imtahan strukturunda daha çox açıq suallar təqdim olunub. Builki imtahanların nəticələri 2019-cu ilin imtahan nəticələri ilə müqayisə olunmalıdır”.

DİM sədrinin sözlərinə görə, Apellyasiya Komissiyasına 5900 nəfər ərizə verib. “Əgər 47 min nəfər imtahan veribsə, onlardan 5900 nəfərin apellyasiya verməsi yüksək göstərici deyil”.

Xatırladaq ki, martın 5-6-da və 12-13-də XI siniflər üzrə buraxılış imtahanları keçirilib.

Əvvəlki məqalə

Ukraynanın Baş naziri gələn həftə ABŞ-a gedir

Sonrakı məqalə

Ölkədə qida və içki istehsalı azalıb –