Ukraynanın Baş naziri gələn həftə ABŞ-a gedir

Ukrayna Baş naziri Denis Şmıqal ABŞ-a gedir.

Azpost.info xəbər verir ki, gələn həftə baş tutacaq səfərdə Şmıqalı Ukrayna maliyyə naziri Sergey Marçenko və Milli Bankın sədri Kiril Şevçenko müşayiət edəcək.

“Reuters”in məlumatına görə, Ukrayna rəsmiləri Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının təşkil etdiyi görüşə qatılacaqlar. Onlar G7 və digər ölkələrin maliyyə rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək, Dünya Bankının ev sahibliyi ilə Ukrayna ilə bağlı təşkil olunacaq dəyirmi masada iştirak edəcəklər. “Reuters” qeyd edir ki, tədbir Ukrayna rəsmilərinə inkişaf etmiş iqtisadiyyatların səlahiyyətli şəxsləri ilə üzbəüz təmas üçün ilk fürsət olacaq.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

50-dən yuxarı bal toplayan şagird 150 ballıq ixtisaslara sənəd verə bilər –