6 ayda Bakıda 1543 yol qəzası qeydə alınıb

qeza_polis

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarındakı videomüşahidə kameralarının əhatə dairəsində bu ilin 6 ayı ərzində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, müvafiq tədbirlər görülməsi üçün NİİM tərəfindən aidiyyəti üzrə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.

AzPost.az