Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

6 ayda büdcə gəlirləri proqnozu 350 milyon manatdan çox üstələdi

User 27 İyul 2026 - 11:35 (Last updated: 27 İyul 2026 - 11:35)
manat

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozu üstələyərək 19 milyard 179,2 milyon manat təşkil edib.

Azpost.info bildirir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilin ilk altı ayı üzrə dövlət büdcəsinin gəlirləri 18 milyard 828,9 milyon manatlıq proqnoza qarşı 19 milyard 179,2 milyon manat olub. Beləliklə, büdcə gəlirləri proqnozdan 350,3 milyon manat və ya 1,9 faiz çox icra edilib.

Bu göstərici cari il üzrə dövlət büdcəsinin illik gəlir proqnozunun 49,7 faizinə bərabərdir.

Məlumata görə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan büdcə gəlirləri 12 milyard 759,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 2,8 faiz çoxdur.

Büdcə gəlirlərinin əsas mənbələri

İlk altı ayda dövlət büdcəsinin gəlirlərinin:

8 milyard 842,7 milyon manatı (46,1%) vergi orqanlarının xətti ilə daxilolmaların;

6 milyard 420 milyon manatı (33,5%) Azərbaycan Dövlət Neft Fondundan transfertin;

3 milyard 143,6 milyon manatı (16,4%) gömrük orqanlarının xətti ilə daxilolmaların;

350,7 milyon manatı (1,8%) dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların;

28,2 milyon manatı (0,1%) dövlət əmlakının icarəyə verilməsindən əldə olunan vəsaitin;

394 milyon manatı (2,1%) isə digər daxilolmaların payına düşüb.

Vergi daxilolmaları proqnozu üstələyib

Nazirliyin məlumatına əsasən, hesabat dövründə:

vergi orqanları üzrə daxilolmalar proqnozdan 217,7 milyon manat (2,5%);

dövlət əmlakının icarəsindən gəlirlər 5,5 milyon manat (24,2%);

digər daxilolmalar isə 246,2 milyon manat və ya 2,7 dəfə çox olub.

Eyni zamanda, gömrük daxilolmaları proqnozu 10,4 milyon manat (0,3%) üstələyib.

Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar proqnozdan 108,7 milyon manat (23,7%) az olub. Dövlət Neft Fondundan transfert isə nəzərdə tutulduğu həcmdə icra edilib.

Ötən illə müqayisədə artım qeydə alınıb

2025-ci ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 139 milyon manat (1,6%); gömrük daxilolmaları 52,5 milyon manat (1,7%); dövlət əmlakının icarəsindən gəlirlər 6,3 milyon manat (28,8%); dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 38,6 milyon manat (12,4%) artıb.

Maliyyə Nazirliyi qeyd edib ki, dövlət büdcəsinin gəlirlərinin icrası üzrə müsbət dinamika ilin ilk yarısında fiskal göstəricilərin proqnozdan yüksək səviyyədə formalaşdığını göstərir.

AzPost.az

Post navigation

Previous: “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi çərçivəsində təlimlər davam edir
Next: Azərbaycanda alimlərin maaşları artırılacaq? –

Oxşar xəbərlər

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.