Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

6 ayda ölkəyə neft və qazdan 5 milyard 743 milyon gəlir gəlib –

User 23 İyul 2025 - 22:50 (Last updated: 23 İyul 2025 - 22:50)
neft

ARDNF-nin 2025-ci ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb.

Bu barədə Dövlət Neft Fondundan AzPost-a bildirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il iyun ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 10,8% artaraq 66 515,6 milyon dollar təşkil edib.

2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 8 833,0 milyon manat, büdcə xərcləri isə 7 278,6 milyon manat olub.

Büdcə gəlirləri:

Neft-qaz gəliri. 2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 743,2 milyon manat olub, o cümlədən:

  • mənfəət neftinin və qazın satışından 4 974,3 milyon manat,
  • bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat,
  • akrhesabı ödənişlər 3,6 milyon manat.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 427,3 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 423,3 milyon manat məbləğində vəsait daxil olub.

İnvestisiya gəliri. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 089,8 mln manat təşkil edib.

Büdcədənkənar gəlir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 9 468,7 milyon manat təşkil edib.

Büdcə xərcləri:

Büdcəyə transfert.Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 240,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Layihə xərcləri.2025-ci ilin yanvar-iyun aylarında aşağıdakı icrası davam edən layihələrə 24.3 milyon manat yönəldilib, o cümlədən:

  • “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat,
  • “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat.

İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,8 milyon manat təşkil edib.

Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 718,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2025-ci ilin ilk altı ayı ərzində ARDNF-nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.

ARDNF-nin borc öhdəliklərinə yatırımları ikinci rüb ərzində müsbət gəlirlilik nümayiş etdirib. Rüb ərzində dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunan volatillik rübün sonuna doğru nisbətən azalıb. Eyni zamanda ABŞ və Avrozona iqtisadiyyatlarında inflyasiyanın müəyyən qədər səngiməsi müşahidə olunub. Borc öhdəlikləri altportfelinin gəlirliliyinə isə əsas töhfə faiz gəlirlərindən əldə olunub.

İkinci rüb ərzində qlobal səhm bazarlarında əsasən müsbət dinamika müşahidə edilib. Rübün əvvəllərində ticarət siyasəti ilə bağlı yaranmış volatilliyə baxmayaraq, xüsusilə ABŞ səhm bazarlarında qiymətlərin yüksəlişi qeydə alınıb. Belə ki, siyasi müstəvidə davam edən qeyri-müəyyənliklərə rəğmən, investorların bazar gözləntilərində müşahidə olunan yaxşılaşma əsas səhm indekslərinin müsbət gəlirlilik nümayiş etdirməsi ilə nəticələnib. Sözügedən tendensiyalar hesabat dövründə ARDNF-nin səhm altportfelinin gəlirliliyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Geosiyasi qeyri-müəyyənliklərin davam etməsi və mərkəzi bankların qızıla olan yüksək həcmdə davamlı tələbi fonunda, qızıl qiymətləri əhəmiyyətli artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bu əsasda hesabat dövrü ərzində ARDNF-nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşıb.

AzPost.az

Post navigation

Previous: İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin danışıqları başa çatıb
Next: “Dedilər sən mənim qohumumsan…” –

Oxşar xəbərlər

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
ilham pasinyan dublin
  • Baş Yazı

Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü keçirilir – VİDEO

User 12 Noyabr 2026 - 20:14

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.