72 yaşlı qadın özünü 8-ci mərtəbədən atdı –

Sumqayıtda intihar
25 İyul 2020 - 16:27

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb. Belə ki, şəhər sakini 1948-ci il təvəllüdlü Novruzova Əzizgül Nadirşah qızı özünü 8-ci mərtəbədən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir. 

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (APA)