İnternetdə 78 il əvvəl Buzovna çimərliyində çəkilmiş kinokadrlar maraqla qarşılanıb.
Azpost.info bildirir ki, “Bakılılar istirahətdə” adlanan kinoxronika 1946-cı ildə çəkilib. Görüntülər tanınmış azərbaycanlı kinooperator Muxtar Dadaşov tərəfindən lentə alınıb.
Kadrlarda çimərlikdə dincələn bakılılar əks olunub. Müharibədən 1 il sonra çəkilmiş kadrlarda insanların üzündə təbəssüm və körpə uşaqlar simvolik məna daşıyır.
Azpost.info