8 ayda dörd ton narkotik aşkar edilib –RƏSMİ

Bu ilin 8 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 5963 cinayət faktı aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, onlardan 2181-i narkotik vasitələrin qanunsuz satışı, 3376-sı satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 328-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 78-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 432 kq 105 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 403 kq 172 qr-nı heroin, 1 ton 013 kq 540 qr-nı marixuana, 285 kq 846 qr-nı tiryək, 71 kq 931 qr-nı həşiş, 89,679 qr-nı kokain, 5327 ədədini metadon, 177 kq 684 qr-nı digər narkotik vasitələr və 479 kq 842 qr-nı psixotrop maddələr təşkil edib. O cümlədən, göstərilən dövr ərzindənarkotik xassəli bitkilərin kultivasiya edilməsi ilə bağlı 45 600 ədəd çətənə və xaş-xaş bitkilər aşkar edilib.

Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3696 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiya ilə bağlı əsgərlərlə görüşlərə məhdudiyyət qoyulub –

Sonrakı məqalə

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub –