8 ayda pensiya, müavinət və ünvanlı yardım alanlara 4 milyard manat ödənilib

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir.

Bu ilin yanvar-avqust aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,1 faiz və ya 158 milyon manat çox olmaqla 3 983 milyon manat ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2,4 milyon nəfərədək şəxs həmin sosial ödənişlərlə əhatə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vaşinqtonun Azərbaycanın bu cəhdini dəstəklədiyini təsdiq edirəm” –

Sonrakı məqalə

Şuşa çəhərinin loqotipinin hazırlanması üçün müsabiqə elan edildi