Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir

User 26 Avqust 2024 - 17:23 (Last updated: 21 May 2025 - 20:15)
yol temir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

AAYDA-dan bildirilib ki, paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 kilometr olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı. Layihə üzrə aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.

Qeyd olunan işlər yüksək keyfiyyətlə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək, Sadıqcan küçəsi ilə kəsişməsindən Zığ dairəsi və əks istiqamətdə olan hissələrində, həmçinin layihə çərçivəsində Afiyəddin Cəlilov küçəsində yerinə yetirilərək yekunlaşdırılıb.

Hazırda əsaslı təmir işləri prospektin Xəqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək (Zığ dairəsi istiqaməti) və Sadıqcan küçəsindən Ramiz Quliyev küçəsinədək (şəhər istiqaməti) olan hissəsində davam etdirilir.

Agentlik tərəfindən prospektin həmin hissələrində asfaltlanma işləri icra olunur. Qeyd olunan istiqamətlər üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşan kimi əks istiqamətlərdə də asfaltlanma işlərinə başlanılacaq.

Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni hər bir istiqamət üzrə 4 zolaq saxlanılmaqla 1,5 metr (hər bir istiqamət üzrə) enində ayrılmış velosiped zolaqları (10 kilometr) salınır, velosiped yolları eni 1,2 metr (hər bir istiqamət üzrə) olan “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Post navigation

Previous: Şeyxülislam müqəddəs Aleksiy ordeni ilə təltif edilib
Next: Həbs olunmazdan əvvəl Durov Bakıda hansı məşhurla səhər yeməyi yeyib? –

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.