80 saylı İmişli-Beyleqan Seçki dairəsində seçkinin nəticələri ləğv olundu

- MSK qərarını açıqladı
13 Fevral 2020 - 16:47

Mərkəzi seçki komissiyasının bu gün keçirilən iclasınsa 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Şirinov Hikmət, Rasim Əmiraslanov digər namizədlərin şikayətlərinə baxılıb. 

Bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, bəzi seçki məmtəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçiıərin səsvermənin hesabıanması prosesində iştirakına maneələr yaradılıb: “Araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın”.

Qeyd edək ki, bu dairə üzrə Çingiz Qənizadə lider namizəd olaraq açıqlanmışdı(apa).