Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

9 may – Faşizm üzərində Qələbə günü ilə bağlı veteranlar ziyarət olunub-

User 08 May 2023 - 21:40 (Last updated: 21 May 2025 - 20:15)
9may

9 may – Faşizm üzərində Qələbə günü ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib.

SHXÇDX rəisinin müavini general-leytenant Zaur Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi Mürsəl İbrahimovun adından Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinə ünvanlanmış təbriki çatdırıb.

General-leytenant Zaur Abdullayev qeyd edib ki, faşizm üzərində qələbədən 78 il keçsə də, xalqımız hər il 9 May tarixini təntənəli surətdə qeyd edir. O, bildirib ki, xalqımızın igid oğul və qızlarının İkinci Dünya müharibəsi zamanı göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə mübarizə aparanların əmək rəşadəti hamı üçün əvəzsiz və qiymətli örnəkdir.

Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən veteranlarımız xüsusi diqqətlə əhatə olunublar. F.Səttarova veteranlara və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Həmçinin SHXÇDX-nin yerli struktur bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə İkinci Dünya müharibəsi veteranlarının ziyarəti həyata keçirilib.

Post navigation

Previous: Biləsuvar şəhərinə içməli suyun verilişi bərpa olunub
Next: Paşinyan Rusiyada səfərdədir

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.