90 yaşlı əmək veteranı və əmək cəbhəsinin iştirakçısı Boris Qrafov Rusiyanın Soçi şəhərində yerləşən dünyanın ən hündür “bungee jumping”indən tullanıb.
“LifeShot” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.
Məlumata görə, yaşlı ekstrim həvəskarı 207 metr sərbəst uçuş həyata keçirib və bunu doqquzuncu dəfədir ki, təkrarlayır.