93 mindən çox şəxsə elektron qaydada sosial ödəniş təyin edilib

07 Sentyabr 2021 - 10:58

Bu ilin yanvar-avqust aylarında 93 min nəfərdən çox şəxsə sosial ödənişin, o cümlədən 17 min nəfərdən çox şəxsə pensiya, 75 min nəfərdən çox şəxsə isə müavinət və təqaüdün elektron qaydada təyinatı həyata keçirilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib