Rusiya niyə ləğv etdiyi tenderdə “Dağlıq Qarabağ Respublikası” sözünü saxlayıb? –FOTO

Rusiya Dövlət Satınalmalarının rəsmi saytında Dağlıq Qarabağda yerləşən sülhməramlıların texniki təchizatı üçün nəzərdə tutulan tender müqaviləsini ləğvi əcaib formada təqdim edilib.

Azpost.info bildirir ki, tenderin sifarişçisi olan Rusiya Müdafiə Nazirliyi nədənsə bu ləğvetmə sənədində də “Dağlıq Qarabağ Respublikası” ifadəsini saxlayıb.

Müdafiə Nazirliyinin satınalmanın nəticələrinin ləğvi haqda sərəncamında “Dağlıq Qarabağ Respublikası” sözü keçir. Azərbaycanın ciddi etirazından sonra Rusiya Müdafiə Nazirliyi tenderi ləğv etsə də sülhməramlıların olduğu Azərbaycan ərazilərini separatçı guruhun “dövləti” kimi göstərməyə can atıb.

Belə saxtakarlıq isə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanata tam ziddir.

Xatırladaq ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb.

Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

93 mindən çox şəxsə elektron qaydada sosial ödəniş təyin edilib

Sonrakı məqalə

Vətən Müharibəsində Azərbaycanı dəstəkləyən ayətullah Həkimi vəfat edib –