95 nəfər deputatlığa namizəd mübarizəni dayandırdı –

Marafonu tərk etdilər (MSK)
21 Yanvar 2020 - 17:04

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində 95 nəfər mübarizəni dayandırıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.