“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“.
Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
O bildirib ki, bu materialların, demək olar ki, 99.9 faizi həqiqəti əks etdirmir:”Biz cavab haqqımızdan istifadə etmək istədikdə isə heç bir reaksiya ilə qarşılaşmırıq. Bizə mövqeyimizi bildirmək, cavab vermək imkanı yaradılmır.
Belə olan halda sual yaranır: həqiqət haradadır, yalan haradadır? Düşünürəm ki, bu cür informasiya hücumlarına qarşı mübarizə aparmaq asan deyil. Dünyanın bütün ölkələri bu problemlə üzləşir. Bəzən özünü və həqiqəti sübut etmək üçün böyük səylər göstərmək lazım gəlir. Lakin müəyyən vaxtdan sonra həmin iddialar artıq qlobal narrativin bir hissəsinə çevrilir.
Bu, həqiqətən də, çətin mübarizədir. Biz səylərimizi birləşdirməli, beynəlxalq platformalarda öz mövqeyimizin təqdimatına davam etməli, eyni zamanda beynəlxalq media qurumları ilə birbaşa işləməliyik”.
