“Azər-Türk Bank” ASC və "Azərsığorta" AİH-in idarəetməsinə verilib

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Verilən məlumata görə,  Prezident İlham Əliyevin bu gün imzaladığı “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” sərəncamda əksini tapıb.
Sərəncam “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə imzalanıb.
Azərbaycan İnvestisiya Holdinqi:
– beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” ASC-nin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək;
– bu Sərəncamda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Mərkəzi Bank ilə birlikdə “Azər-Türk Bank” ASC-nin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Müəyyən edilib ki, bu Sərəncamın yuxarıdakı bəndləri icra olunanadək “Azər-Türk Bank” ASC-nin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin idarəetmə orqanları fəaliyyətini davam etdirəcəklər.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verilib

Sonrakı məqalə

Allahşükür Paşazadə Ərdəbil məscidinin imamı Amuliyə cavab verib