“Hazırda Azərbaycanla hansısa sənədin imzalanması ilə bağlı heç bir razılaşma yoxdur”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş nazirinin müavini, Üçtərəfli işçi qrupunun həmsədri Mqer Qriqoryan “Qraparak” qəzetinə müsahibəsində deyib.
M. Qriqaoryan bununla Azərbaycanla yaxın zamanlarda imzalanacağı barədə yayılan məlumata münasibət bildirib.
Dünən KİV-lərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabrda Soçidə görüşəcəkləri barədə xəbər yayılıb. Qriqoryanın sözlərinə görə, görüşün olub-olmayacğından asılı olmayaraq demarkasiya və delimitasiya barədə danışıqlar getməlidir. Baş nazirin müavini Brüsseldə prezident İlham Əliyevə Paşinyan arasında keçirləcək görüşün gündəliyini şərh etməyib.
