“Regionlara investisiya qoyan şirkətlər vergilərdən azad olunsun” –Qüdrət Həsənquliyev

“Regionlara investisiya qoyan şirkətləri 5 il müddətinə bütün vergilərdən azad etməyi təklif edirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda dövlət şirkətlərinin vergidən yayınmaq üçün xərcləri şişirtdiyini hamı bilir: “Bunun qarşısı alınmalıdır. Belə olduğu təqdirdə büdcə vəsaitlərindən də kifayət qədər yaxşı istifadə ediləcək. Məcburi köçkünlər içərisində çox zəngin insanlar var. Onlara imkan yaradılmalıdır ki, işğaldan azad edilmiş yerlərdə öz evini tiksin. Qarabağın bərpasına bütün xalq cəlb edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanla hansısa sənədin imzalanması ilə bağlı heç bir razılaşma yoxdur” –

Sonrakı məqalə

“Ölkədə Pandemiya nəzarət altındadır” –