Bıçaq
Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.
Yanacaqdoldurma məntəqəsində xadimə işləyən 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Əmrahovu bıçaqlayıb.
İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G. Məmmədovanın V. Əmrahovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir. (APA)
Polis faktla bağlı araşdırmaya başlayıb.
