Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında keçirilən görüş başa çatıb.
“Rossiya 24” kanalının verdiyi məlumata görə, videokonfrans formatında keçirilən Putin-Bayden danışıqları 2 saat davam edib.
Görüşdən yalnız liderlərin bir-birilərini salamlaması kadrları yayılıb.
Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunub.
