Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Bakıda gecə klubunda partlayışa görə 3 nəfər həbs edilib –

User 04 Aprel 2022 - 22:45 (Last updated: 21 May 2025 - 20:15)
prokurorluq

Aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.

Baş Prokurorluqdan  verilən məlumata görə, toplanmış ilkin sübutlarla müəyyən edilmişdir ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olmuşdur.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.

Post navigation

Previous: Bayden dünyada ən təhlükəli adamın adını açıqlayıb – CNN
Next: Fərrux yüksəkliyində daha bir neçə insan qalığı aşkarlanıb – VİDEO

Oxşar xəbərlər

menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.