Rusiya Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndə təyin edib

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir. Bunun üçün xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni vəzifədə – Rusiya Xarici İşlər Nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək”, deyə Zaxarova vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.