Ölkədə COVID-19 infeksiyasına 19 yeni yoluxma qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində Azərbaycanda COVİD-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 476 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 634 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.

Ölkədə son sutka ərzində 3403, hazırkı dövrədək isə 6 792 132 test aparılıb.

Əvvəlki məqalə

Vətəndaşların 178 min manat pulunu ələ keçirən Fərid Abdinov həbs edilib

Sonrakı məqalə

20 ölkənin hərbi rəhbərliyi Ukraynaya dəstək üçün toplanacaq