Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident Ukrayna ilə bağlı danışıb:

User 29 Aprel 2022 - 18:31 (Last updated: 21 May 2025 - 20:15)
prezi6

“Təcrübəmizə əsaslanaraq deyirəm ki, ən vacibi heç vaxt işğalla barışmamaqdır”.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında Ukrayna ilə bağlı suala cavabında deyib.

“Bilirsiniz, danışıqlar zamanı qərbli həmkarlarımla müxtəlif anlar olurdu, müxtəlif mesajlar alırdım. Onlardan biri də o idi ki, reallığı nəzərə almalısan, Azərbaycan Birinci Qarabağ müharibəsində uduzub və hərəkətləri reallığa əsaslanmalıdır. Bizə məsləhət vermək cəhdləri olub ki, ərazi bütövlüyümüzlə bağlı məsələlərə baxmalıyıq. Və mən həmişə “yox” deyirdim. Mən deyirdim ki, heç vaxt Azərbaycan, mən və Azərbaycan xalqı bizim ərazimizdə növbəti saxta erməni dövlətinin yaradılmasına razı olmayacaq, heç vaxt! Lazım olsa, ölənə qədər mübarizə aparacağıq. Şərhlərim bəzən çox düşmənçilik və aqressivlik kimi şərh edilib, məni ritorikaya görə tənqid ediblər. Ermənistan liderləri isə həmişə konstruktiv olduqlarına görə tərifləniblər. Bəli, onlar konstruktiv idilər. Onlar işğalı möhürləmək istəyirdilər, Dağlıq Qarabağdakı separatçılara müstəqillik verməyə razılaşmağımızı, ərazimizin böyük bir hissəsini, xüsusən də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasındakı ərazini öz nəzarətlərində saxlamaq istəyirdilər. Və mənim mövqeyim belə idi ki, biz heç vaxt razılaşmayacağıq”, – dövlət başçısı qeyd edib.

Post navigation

Previous: Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri siyahısına daxil edilib
Next: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, bunu açıq deyirik” –

Oxşar xəbərlər

dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30

xƏBƏR

dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib. APA xəbər verir ki, bu barədə...
Read more about Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.