Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, bunu açıq deyirik” –

User 29 Aprel 2022 - 18:33 (Last updated: 21 May 2025 - 20:15)
prezi6

“Biz Ukraynanın və digər bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq şəkildə edirik. Böyük ağacların arxasında gizlənmirik”.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var: “Amma bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri isə siyasi üstünlüklərə əsaslanaraq şərh edilməməlidir. Bizə qarşı həmişə bu mövqedən yanaşıblar. Çünki Ukrayna hadisələrindən əvvəl də, beynəlxalq ictimaiyyət tərəfindən həmişə və çox açıq şəkildə Gürcüstanla Moldovanın ərazi bütövlüyünə dəstək ifadə olunurdu. Bizə gələndə isə həmişə mesaj verilirdi ki, gedin sülh yolu ilə razılaşın. Lakin ərazinizi tərk etmək istəməyən təcavüzkarla sülh yolu ilə necə razılaşmaq olar?! Biz çalışdıq, mən 17 ilə yaxın çalışdım, amma gördük ki, bu, mümkün deyil və gördük ki, biz bunu sülh yolu ilə etmək istədikcə, təcavüzkar daha da təkəbbürlü olur və aqressivləşir. Onlar artıq bizi yeni ərazilər uğrunda yeni müharibə ilə qorxutmağa, “Qarabağ Ermənistandır” deyə fikirlər söyləməyə başladılar. Amma indi nə deyirlər? İndi deyirlər “Qarabağ Azərbaycandır!” 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən adamlar dedi bu sözü. Biz öz əlimizlə, canımızla yeni reallıq yaratdıq. Deməli, biz bunu yaşadıq və hesab edirəm ki, ləyaqət, ərazi bütövlüyü və ədalət hər bir ölkə üçün vacibdir”.

Post navigation

Previous: Prezident Ukrayna ilə bağlı danışıb:
Next: Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

Oxşar xəbərlər

haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09

xƏBƏR

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı...
Read more about Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.