KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalaibek Masadıkov bildirib.
“Ermənistanla Azərbaycan arasında davamlı dialoq toplanmış münaqişə potensialının azalmasına və gələcəkdə əməkdaşlıq infrastrukturunun formalaşmasına kömək edir. İki dövlət arasında hərtərəfli sülh sazişinin tezliklə imzalanacağına ümid edirik”, – deyə Masadıkov bildirib.
O, bu fikirləri IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı səsləndirib.
