Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 23 il ötür

User 30 Aprel 2022 - 09:37 (Last updated: 21 May 2025 - 20:15)
hikmet02

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 23 il ötür.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb.

Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb.

Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.

2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevdir.

Post navigation

Previous: Prezidentin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda ÇIXIŞI –
Next: Azərbaycanda icra hakimiyyəti sistemi ləğv edilir –

Oxşar xəbərlər

kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.