“Bütün məscidlərdə bayram namazı bu gün qılınacaq” –QMİ-dən AÇIQLAMA

“Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”.

Bu sözləri APA-ya açıqlamasında QMİ sədr müavini Fuad Nurullayev deyib.

“Şamaxı rəsədxanası ilə danışmışıq, ay üfüqdə görünüb və Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”, – Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bayram namazlarının qılınmasında sadəcə saat fərqi olacaq: “Buna da QMİ səviyyəsində icazə verilib”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.