İspaniyanın Moskvadakı səfiri Markos Qomes Martines bu gün Rusiya Xarici İşlər Nazirliyin çağırılıb.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, səfirin çağırılması rusiyalı diplomatların İspaniyadan qovulması ilə bağlıdır.
Aprelin 5-də İspaniya hökuməti ölkənin maraqlarına və təhlükəsizliyinə təhlükə yaradan 25 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Rusiya səfiri Yuri Korçaginin ölkədən çıxarılması müzakirə mövzusu deyil. Çünki onun ölkədə olması dialoq yollarının mövcudluğunu simvolizə edir.
Azpost.info
