Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır” –

User 19 May 2022 - 14:16 (Last updated: 21 May 2025 - 20:15)
ehmed ismayilov

Türkiyə və Azərbaycan qardaşlığının parlaq nümunəsi olan bu toplantımız həm öz daşıdığı yüksək milli-mənəvi dəyəri və praktik əhəmiyyəti, həm də gələcəyə yönəlik mesajları baxımından strateji əhəmiyyət daşıyır. Ölkələrimizdə ictimai rəyin düzgün formalaşdırılması istiqamətində vətəndaş cəmiyyətinin, eyni zamanda medianın rolu danılmazdır. Bu iki təsisatın birgə əməkdaşlığı, bir-birini tamamlayan maarifçilik fəaliyyəti nəticəsində dövlətçilik dəyərlərimiz daha da möhkəmlənməklə yanaşı, ictimai fikrin zərərli təsirlərə qarşı müqaviməti də güclənmiş olur. Bu baxımdan, bugünkü toplantıdan gözləntilərimiz böyükdür.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumunda çıxışı zaman deyib.

O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və fədakarlığı, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi, media ictimaiyyətinin də işində əsaslı dönüş yaradıb.

“Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur.

Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsi gedişində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı silaha sarılaraq da Vətənin müdafiəsinə qalxmışdılar. Onların əksəriyyəti dövlətin yüksək mükafatları ilə təltif olunublar. Vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlərimiz də var və təəssüflə vurğulamaq istərdik ki, Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanı olurlar.

İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyəti media nümayəndələrinin öz peşə borclarını yerinə yetirərkən istinad etdikləri mötəbər mənbə və dəyərli nümunədir”, – deyə Ə.İsmayılov bildirib.

O, 44 günlük Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş qardaş Türkiyə mediasına təşəkkür borcumuzun olduğunu vurğulayıb.

“Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar.

Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda, türk dövlətlərinin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik.

Əziz dostlar, fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, hazırda Azərbaycan mediası ciddi və əhatəli islahatlar dönəmini yaşayır. Cənab Prezident İlham Əliyevin ötən ilin yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir.

Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş geniş miqyaslı layihələr həyata keçirməkdədir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.

Azərbaycanda plüralizmin, fikir və söz azadlığının təmin edilməsi bütün media subyektlərinin inkişafı baxımından əlverişli mühitin yaradılması, eyni zamanda dövlətin jurnalist əməyinə diqqət və qayğısı bunun bariz sübutudur. Onu da xüsusi vurğulamaq istərdik ki, geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul edilmiş, cənab Prezidentin imzaladığı “Media haqqında” Qanun Azərbaycanın milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyyətini artırmağa, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfədir.

Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə yanaşı jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var. Medialarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə bizim səsimizin eşidilməsinə inanırıq. Azərbaycanın, Türkiyənin, bütünlükdə türk dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv informasiya ilə təmin etmək üçün biz peşəkarlığımızı və sayıqlığımızı artırmalıyıq. Bu yolda hər birinizə uğurlar arzulayırıq”, – deyə Ə.İsmayılov əlavə edib.

Post navigation

Previous: Rusiya Portuqaliyanın 5 diplomatını ölkədən qovdu
Next: Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.