Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

İlham Əliyev və Paşinyan Brüssel görüşündə nələri müzakirə edəcək?

User 21 May 2022 - 12:58 (Last updated: 21 May 2025 - 20:15)
ilham pasinyan brussel

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mayın 22-də Brüsseldə keçiriləcək görüşdə tərəflərin sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif etdiyi məqamları müzakirə edəcəklər”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” Agentliyinə müsahibəsində deyib.

“Gündəlik belədir: münasibətlərin tənzimlənməsi və ya sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması məsələləri, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması məsələləri”, – deyə Qriqoryan bildirib.

Onun sözlərinə görə, İlham Əliyev və Paşinyan hər hansı sənədi imzalamağı planlaşdırmır: “Regional kommunikasiyaların açılması məsələsi üzrə Üçtərəfli İşçi Qrupu (Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri – red.) fəaliyyət göstərir və ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar bu formatda müzakirə edilməlidir. Ona görə də Brüsseldə sənədlərin imzalanması nəzərdə tutulmur”.

Qeyd edək ki, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Brüssel görüşü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutacaq. Sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-sı keçirilib.

Post navigation

Previous: Ermənistan Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub –
Next: ABŞ Avropada hərbçilərinin sayını 100 minə çatdırıb –

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.