Lavrov Ankaraya gedir –Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrov türkiyəli həmkarı ilə görüşəcək və görüşdə ikitərəfli münasibətlər, Rusiyaya qarşı tətbiq olunan Qərbin qeyri-qanuni sanksiyaları şəraitində iqtisadi əməkdaşlıq müzakirə olunacaq.

Zaxarova danışıqlarda regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılacağını diqqətə çatdırıb: “İlk növbədə Ukraynadakı vəziyyət, eləcə də Suriya, Liviya, Qarabağ nizamlanması, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.