Rusiya Mariupolda həlak olmuş 210 ukraynalı döyüşçünün meyitini Kiyevə təhvil verib.
Bu barədə Reuters Ukrayna kəşfiyyatındakı mənbələrə istinadla məlumat yayıb.
“Həlak olanların cəsədlərinin qaytarılması prosesi gedir. Bu günədək 210 meyit qaytarılıb. Bunların çoxu Azovstalın qəhrəman müdafiəçiləridir” – deyə mənbə bildirib.