Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DYP məktəbli ekskursiyalarının təşkili ilə bağlı müraciət edib

User 13 İyun 2022 - 20:15 (Last updated: 21 May 2025 - 20:15)
trend_dyp_main

“Yay mövsümünün başlaması ilə əlaqədar məktəblilərin ekskursiyalara aparılması, yaxud sadəcə əyləncə məqsədi ilə istirahət zonalarına səfərlərin təşkil edilməsi hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Lakin təəssüf ki, belə səfərlərin təşkilində yol hərəkətinin təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə əməl edilmir”.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təhsil alanlarla ekskursiyaların və ya digər səfərlərin təşkili zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı açıqladığı tövsiyədə bildirilib.

Qeyd olunub ki, müntəzəm sərnişin daşımalarından fərqli olaraq, qeyri-müntəzəm daşımalarda gedişatlar şifahi sövdəşmələr əsasında həyata keçirilir ki, bu zaman avtobusun texniki sazlığı, sürücülərin nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, eləcə də onların peşəkarlıq və sağlamlıq vəziyyəti nəzərə alınmır: “Hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməyən istirahət zonalarında sifarişçinin istəyinə görə avtobusların dağlıq relyefli ərazilərdə, ensiz yollarda, sərt eniş və yoxuşlarda, eləcə də yolsuzluq şəraitində idarə edilməsi isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradır. Daxili İşlər Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, bu sahədə görülən işlərin effektivliyinin artırılması məqsədilə zəruri addımlar atıb. Belə ki, daxili işlər orqanlarına şagirdlərin istirahət mərkəzlərinə aparılması ilə bağlı təhsil şöbələrindən müraciətlər daxil olduqda bu məqsədlə seçilən avtobusların texniki vəziyyətinin sazlığına, sərnişin tutumuna, onların sürücülərinin həmin nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olub-olmamasına və digər xüsusatlara diqqət edilməsi, eləcə də zərurət yarandıqda onların dövlət yol polisi əməkdaşları tərəfindən patrul avtomobilləri ilə ödənişsiz olaraq müşayiətinin həyata keçirilməsi nəzərdə tutulub”.

Post navigation

Previous: ABŞ dövlət katibinin nümayəndəsi Bəxtiyar Hacıyevlə görüşüb
Next: Makron Ukraynaya səfər edəcək

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa...
Read more about Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.