Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Minsk qrupuna sağalmaz ziyan vurulub”-

User 22 İyun 2022 - 13:52 (Last updated: 21 May 2025 - 20:15)
Moscow in pictures

“ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridin bəyanatının səmimiliyinə şübhə edirəm”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ Dövlət katibinin köməkçisinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Əgər Vaşinqton və Paris həqiqətən də ATƏT-in Minsk qrupu həmsədrlərinin unikal vasitəçilik formatını vacib hesab etsəydilər, fevralın 24-dən nümayişkaranə şəkildə heç bir məsləhətləşmə aparılmadan Minsk qrupunun Rusiyadan olan həmsədri ilə təmasları kəsməzdilər. Bununla da Minsk qrupu üçlüyünün işinə sağalmaz ziyan vurulub. İndi isə belə danışırlar. İndiyə kimi onların bu məlum addımının səbəbi ilə bağlı aydın izahat verilməyib. Zəmanət yoxdur ki, onların bu cür hərəkətləri bir daha təkrarlanmayacaq. Özünü elə guya heç nə baş verməyib kimi aparmaq, sadəcə olaraq alınmayacaq. Yeni reallığı nəzərə almaq lazım olacaq. Düşünürəm ki, “stavkalar” bizi təcrid etməyə qoyulmuşdu, lakin onlar yanıldılar, səhv hesabladılar, öz konsepsiyaları ilə uğursuz oldular, bizdən özlərini təcrid etdilər. Xarici dünya Avroatlantika ilə məhdudlaşmır. Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır. Rusiya tərəfi ayrı-ayrı xarici oyunçuların siyasiləşdirilmiş addımlarının regionda sülh və sabitliyin bərpa olunması ilə bağlı səylərin pozulmasına imkan verə bilməz”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Post navigation

Previous: Üçtərəfli İşçi Qrup bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırıb
Next: Yer kürəsinin ən şimal buzlaqları rekord sürətlə əriyir

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.