“Rusiyanın qarşıdan gələn G20 sammitində yüksək səviyyədə iştirakı bu təşkilatın etimadını sarsıda və onun effektivliyini azalda bilər”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xidmətinin sözçüsü Nabila Massrali deyib.
O, eyni zamanda vurğulayıb ki, Avropa Komissiyası Rusiya ilə əməkdaşlığa görə G20-ni boykot etmək niyyətində deyil: “Ursula fon der Lyayenin dediyi kimi, G20-nin boykot etməməliyik. Lakin Avropa İttifaqı Rusiyaya sammitdən dezinformasiya platforması kimi istifadə etməyə icazə verməyəcək”.
Azpost.info
